BQXK-nın Xankəndidən Laçın istiqamətinə gedən 6 maşını geri qayıdıb - VİDEO - YENİLƏNİB

BQXK-nın Xankəndidən Laçın istiqamətinə gedən 6 maşını geri qayıdıb - VİDEO  - YENİLƏNİB
# 24 yanvar 2023 15:37 (UTC +04:00)

Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedən BQXK-nın 6 minik avtomobili geri qayıdıb.

Avtomobillərdə dərman ləvazimatları, uşaq qidaları gətirilib.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

***

09.17

Bu gün Şuşadan keçən Laçın-Xankəndi yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə BQXK-nın 6 minik avtomobili keçib.

Avtomobillərin içində erməni millətindən olan yerli şəxslər olub.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR