BQXK nümayəndələri ilə Penitensiar xidmətdə görüş keçirilib - FOTO

BQXK nümayəndələri ilə Penitensiar xidmətdə görüş keçirilib - FOTO
# 23 aprel 2022 14:40 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) azadlıqdan məhrumetmə yerlərinə başçəkmələr üzrə məsləhətçisi xanım Meri Anjela Mörfi və Səhiyyə proqramının rəhbəri xanım Mariya Cudis Herera Cakom Komitənin Bakı nümayəndəliyinin əməkdaşları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qəbul edilib.

Penitensiar Xidmətdən APA-ya verilən xəbərə görə, xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov qonaqları salamlayaraq, məhkum və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olduğunu bildirib. Belə ki, çoxsaylı əfv sərəncamları və amnistiya aktları nəticəsində minlərlə məhkum cəza çəkməkdən azad olunmuş və ya cəzaları yüngülləşdirilib. Xüsusilə vurğulanıb ki, bu yaxınlarda ölkə Prezidenti cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub.

Qeyd olunub ki, Penitensiar xidmətin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq sahəsində müsbət nəticələr əldə edilib. Həmçinin diqqətə çatdırılıb ki, BQXK-nın nümayəndələrinə məhkumlarla görüşmək, saxlanma şəraitinin monitorinqlərini aparmaq üçün mütəmadi olaraq müvafiq şərait yaradılıb, verilən tövsiyələrlə bağlı Xidmət tərəfindən zəruri tədbirlər həyata keçirilib.

BQXK-nın nümayəndələri Azərbaycanın penitensiar sistemində həyata keçirilən əsaslı islahatları, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasını, cəza çəkənlərə göstərilən səhiyyə xidmətinin səmərəliliyinin yüksək şəkildə təmin olunmasını müsbət qiymətləndiriblər.

Görüş zamanı tərəfləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR