BQXK: Qarabağ müharibəsi ilə bağlı saxlanılan şəxslərə ötən il 94 başçəkmə olub

BQXK-nin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbir

© APA | BQXK-nin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbir

# 05 may 2022 10:05 (UTC +04:00)

2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən Qarabağ müharibəsi nəticəsində saxlanılan şəxslərə 94 başçəkmə həyata keçirilib.

APA xəbər verir ki, bu barədə BQXK-nin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, bu başçəkmələr 25 azadlıqdan məhrumetmə yerində həyata keçirilib.

Əcnəbi məhbusların vətənlərindəki ailələrinə zəng edə bilmələri üçün 1760 telefon kartı verilib: "Saxlanılan erməni əsilli şəxslər üçün bilavasitə zənglər, eləcə də məktub və video ismarışların ötürülməsi təşkil edilib".

Bildirilib ki, saxlanılan şəxslərə 2257 geyim əşyası, ayaqqabılar, 650 gigiyenik bağlama və 700 kitab verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR