BQXK-ya məxsus avtomobillər aksiya keçirilən ərazidən Xankəndi istiqamətinə keçib - VİDEO - YENİLƏNİB

BQXK-ya məxsus avtomobillər aksiya keçirilən ərazidən Xankəndi istiqamətinə keçib  - VİDEO  - YENİLƏNİB
# 02 aprel 2023 15:15 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin maneəsiz keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, BQXK-nin Laçın istiqamətindən gəlib, Xankəndiyə gedən karvanı 8 minik, 6 yük maşınından ibarət olub.

Minik avtomobillərində erməni əsilli sakinlər olub.

***

saat 11.15

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın istiqamətinə maneəsiz keçid edib.

BQXK-ya məxsus avtomobil karvanı 1 yük, 8 minik avtomobilindən ibarət olub. Minik avtomobillərində erməni əsilli sakinlər də olub.

© APA | Laçın istiqamətinə gedən BQXK-ya məxsus avtomobillər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR