Braziliyalı səyyah: Beynəlxalq təşkilatlar gəlib dağıntı və minaları öz gözləri ilə görməlidir

Braziliyalı səyyah: Beynəlxalq təşkilatlar gəlib dağıntı və minaları öz gözləri ilə görməlidir
# 06 fevral 2023 17:12 (UTC +04:00)

Burada baş verənlər məni kədərləndirdi.

APA xəbər verir ki, bunu Braziliyadan olan səyyah Daniel Muniz beynəlxalq səyyahların Ağdama səfəri zamanı deyib.

O əlavə edib ki, burada çətin şəraiti beynəlxalq təşkilatlar da görməlidirlər: “Teatr binası və ətrafdakı bütün tikililər dağıdılıb. Lakin burada çox sürətli işlərin getdiyinin şahidiyik. Beynəlxalq təşkilatlar buraya missiya təşkil etməlidirlər. Onlar gəlib buradakı dağıntıları və hər yerdə basdırılmış minaları, eləcə də insanları burada necə çətinliklər hərəkət etdiklərini öz gözləri ilə görməlidirlər”.

Braziliyalı səyyah əlavə edib ki, növbəti səfərində məcburi köçkün düşmüş sakinlərin hamısının geri qayıdacağına görəcəyini ümid edir.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR