Britaniya səfiri Məleykə Abbaszadə ilə görüşüb

Britaniya səfiri Məleykə Abbaszadə ilə görüşüb
# 31 yanvar 2023 09:03 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Ouldla görüşüb.

DİM-dən APA-ya verilən xəbərə görə, görüşdə Britaniya Şurasının ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Britaniya Şurasının Cənubi Qafqazın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova və DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı tərəflər arasında ingilis dili biliklərinin qiymətləndirilməsinə aid layihələr, maliyyə savadlılığı ilə əlaqədar Britaniya təcrübəsinin dəstəklənməsi, rəqəmsal innovasiyaların təhsildə qiymətləndirmə sahəsində tətbiqi istiqamətində təcrübə mübadiləsi, həmçinin strateji əməkdaşlıq imkanlarına dair digər məsələlər müzakirə edilib.

Görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi ilə də tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR