BŞİH: 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başa çatıb

BŞİH: 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başa çatıb
# 19 yanvar 2023 11:44 (UTC +04:00)

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başa çatıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb.

Qeyd edilməlidir ki, xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunublar. Artıq hazırlıq işləri başa çatıb.

BŞİH-nin qurumlarının əməkdaşları yanvarın 20-də xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər. Eyni zamanda kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR