BŞTİ: Ekskursiyaların təşkili ilə bağlı məktəblərə təlimat göndərilib

BŞTİ: Ekskursiyaların təşkili ilə bağlı məktəblərə təlimat göndərilib
# 30 may 2023 14:53 (UTC +04:00)

"Məktəblilərin ekskursiyaları ilə bağlı təlimatlar bütün təhsil müəssisələrinə göndərilib".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, məktəblilərin səfərləri həmin qaydalara əsasən təşkil edilməlidir.

"Məktəblilərin ekskursiyalarının təşkili ilə bağlı prosedur qaydalar var. Məktəblər həmin qaydalara uyğun addımlar ata bilərlər. Bununla bağlı təlimat məktəblərə ötən il və bu tədris ilində də ötürülüb. Qaydalara görə mütləq valideynlərin razılıq ərizəsi olmalı və təşkilati tərəflər diqqətdə saxlanılmalıdır. Valideynlər bunu öz təşəbbüsləri ilə həyata keçirəndə, təəssüf ki, biz müdaxilə edə bilmirik" - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR