BŞTİ müdiri forma seçimi ilə bağlı valideynlərə təzyiqlərə münasibət bildirib

BŞTİ müdiri forma seçimi ilə bağlı valideynlərə təzyiqlərə münasibət bildirib
# 30 iyun 2022 10:01 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərdə valideynlərə forma seçimi ilə bağlı təzyiqlər olması məsələsinə münasibət bildirilib.

APA-nın məlumatına görə, Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qeyd edib ki, heç bir təzyiqdən söhbət gedə bilməz.

"Nazirlər Kabinetinin qərarında məktəbli geyimlərinin forması, rəngləri qeyd edilib. Şagirdlərinin sağlamlığına, rahatlığına xidmət edən bir qərardır. Hər bir kəs qərarlara riayət etməlidirlər. Təhsil müəssisələri pedaqoji şuranın qərarı ilə 3 il müddətinə rəng seçə bilirlər. Başqa bir təzyiqdən söhbət gedə bilməz. Valideynlər əlbəttə ki, məktəbin qərarına riayət edərək, rəng seçiminə uyğun övladlarını geyimlə təmin etməlidirlər. Bu, şagirdlərimizin inkişafına müsbət təsir edəcək amildir. O səbəbdən mən düşünürəm ki, heç bir təzyiq olmadan bu istiqamətdə fəaliyyətə keçəcəyik. Olar bilər ki, tədris ilinin sonunda, ola bilər avqust ayında keçiriləcək pedaqoji şuralarda forma seçimi ilə bağlı qərar veriləcək" - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR