BŞTİ-nin sektor müdiri işdən çıxarılıb

Fuad Əsgərov

© APA | Fuad Əsgərov

# 11 avqust 2022 18:34 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnsan resursları sektorunun müdiri Fuad Əsgərov vəzifəsindən azad edilib.

BŞTİ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Əsgərov Fuad Cavanşir oğlu ilə bağlanmış əmək müqaviləsinə 29 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilib.

İnsan resursları sektorunun müdiri vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq BŞTİ-nin əməkdaşına həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR