BŞTİ: Yanan məktəbdə xəsarət alan yoxdur

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsi

# 28 iyun 2022 17:37 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi iyunun 28-də təxminən saat 16:30 radələrində Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verməsi ilə bağlı məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, yanğının məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub və hazırda yanğına müdaxilə prosesi davam edir. Məktəb rəhbərliyinin məlumatına əsasən xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR