Bu ayın müavinət, təqaüd, ünvanlı yardımları ödənilib

Bu ayın müavinət, təqaüd, ünvanlı yardımları ödənilib
# 17 mart 2023 16:24 (UTC +04:00)

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bundan əvvəl martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, martın 15-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların mart ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, mart ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR