Bu gün Azərbaycanda COVID-dən ölən olmayıb

Bu gün Azərbaycanda COVID-dən ölən olmayıb
# 23 aprel 2022 16:36 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, son sutka ərzində Azərbaycanda COVİD-19-dan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 476 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 634 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib, aktiv xəstə sayı 135 nəfərdir.

Ölkədə son sutka ərzində 3403, hazırkı dövrədək isə 6 792 132 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR