Bu gün bağçalara qeydiyyatdan keçən valideyn və uşaqların sayı açıqlanıb

Bu gün bağçalara qeydiyyatdan keçən valideyn və uşaqların sayı açıqlanıb
# 18 iyul 2022 20:01 (UTC +04:00)

Məktəbəqədər qəbulla bağlı ilk dəfə tətbiq olunan elektron sistem vasitəsilə saat 18.30-a qədər 5740 valideyn, 4255 uşaq qeydiyyatdan keçib.

APA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, proses 14 sentyabradək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR