Bu gün Bakının 545 küçəsi yuyulub - FOTO

Bu gün Bakının 545 küçəsi yuyulub - FOTO
# 10 iyun 2023 17:12 (UTC +04:00)

Yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər daxili iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 545 əsas küçə və prospektlərin təbiətə ziyanı olmayan vasitələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Daxili iməclikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.

Qeyd olunub ki, paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR