Bu gün doktoranturaya sənəd qəbulu başa çatır

Bu gün doktoranturaya sənəd qəbulu başa çatır
# 10 may 2022 11:03 (UTC +04:00)

Bu gün saat 23:59–da ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi başa çatacaq.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində “Şəxsi kabinet” açmalıdır. Namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər. Nəticə olaraq müraciət göndərilən müəssisə tərəfindən “İmtahana buraxılış” statusu təyin edilərək müraciətçilərin “Şəxsi kabineti”ndə əks olunacaq.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil imtahanına “Şəxsi kabinet”ində “İmtahana buraxılış” statusu təyin edilməmiş şəxslər buraxılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR