Bu gün meşə fondu torpaqlarında 25 min ağac əkilib

Bu gün meşə fondu torpaqlarında 25 min ağac əkilib
# 14 noyabr 2022 17:01 (UTC +04:00)

Payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri bu gün Şəki, Qəbələ, Quba, Şabran, Ağcabədi, Bərdə, Tovuz, Şəmkir rayonlarının meşə fondu torpaqlarında davam edib.

Bu barədə APA-ya Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

Onun sözlərinə görə, gün ərzində 26 hektar sahədə 25 000 ting əkilib, 900 kiloqram toxum səpilib.

"Meşəbərpa tədbirlərinin dekabr ayının sonuna kimi davam etdirilməsi planlaşdırılır", - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR