Bu gün səhər Laçın yolundan keçən BQXK avtomobilləri Xankəndiyə qayıdıb - VİDEO - YENİLƏNİB

Bu gün səhər Laçın yolundan keçən BQXK avtomobilləri Xankəndiyə qayıdıb - VİDEO  - YENİLƏNİB
# 23 yanvar 2023 15:03 (UTC +04:00)

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedən BQXK-ın 5 minik avtomobili bir qədər əvvəl geri qayıdıb.

Onlar Xankəndiyə qayıdan zaman özləri ilə dərman və uşaq qidaları, bezləri gətiriblər.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

***

09:18

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə BQXK-ın 5 minik avtomobili keçib.

Avtomobillərin içində yerli etnik ermənilər də keçid ediblər.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR