Bu gün Yupiter Yerə ən yaxın nöqtədə olub - FOTO

Bu gün Yupiter Yerə ən yaxın nöqtədə olub  - FOTO
# 26 sentyabr 2022 21:28 (UTC +04:00)

Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə müşahidə edilib.

APA xəbər verir ki, təbiət hadisəsini Bakı Dövlət Universitetinin həyətində ali məktəbin rəhbərliyi, ictimaiyyət nümayəndələri və jurnalistlər də izləyib.

Günəş sisteminin ən böyük planeti olan Yupiter 2022-ci il sentyabrın 26-da Bakı vaxtı ilə saat 23:10-da Yer və Günəşlə bir düz xətt üzərində və həmin an özünün orbitində Günəşə ən yaxın nöqtədə - perihelidə olacaq.

Bildirilib ki, səma cisimlərinin belə yerləşməsi təxminən 12 ildən bir baş verir və bu hadisə elmdə “Yupiterin böyük qarşıdurması” adlanır. Yupiter periheli nöqtəsində 19 yanvar 2023-cü ildə olacaq.

Sonuncu dəfə bu cür qarşıdurma 2010-cu il sentyabrın 20-də baş verib. 26 sentyabrda baş verən hadisədən sonra növbəti dəfə ən çox yaxınlaşmanı isə 2034-cü il oktyabrın 1-də müşahidə etmək mümkün olacaq.

Bakıda Yupiter 26 sentyabr tarixində saat 19:19-dan sentyabrın 27-si saat 05:54-dək görünəcək. Onun müşahidəsi şərqdə üfüqdən 7° yüksəkliyə qalxdıqdan sonra saat 19:19-dan etibarən mümkün olub. Sentyabrın 27-də saat 00:36-da Yupiter səmada ən yüksək nöqtəyə çatacaq. 05:54 radələrində qərb üfüqündə 7°-nin altında olduqda artıq Yupiterin müşahidəsi mümkün olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR