Bu gündən xaricdə doktoranturaya dair sənəd qəbuluna start verilir

Bu gündən xaricdə doktoranturaya dair sənəd qəbuluna start verilir
# 01 fevral 2023 08:00 (UTC +04:00)

Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

APA xəbər verir ki, proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumatqeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Proqrama müraciət 1 fevral - 1 aprel 2023-cü il tarixlərini əhatə edəcək. Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR