Bu il 142 894 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Bu il 142 894 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
# 10 iyun 2023 11:17 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

APA xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, onlardan 34 823 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib. Həmin dövrdə 4113 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib.

Yanvar-may aylarında 4670 işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 99 288 şəxsə peşəyönümü xidmətləri göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR