Bu il 160 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

Bu il 160 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb
# 23 iyul 2022 14:38 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında 160 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb.

“Bu da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib. Ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 minədək təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR