Bu il 30 min vətəndaşa dövlət hesabına vəkil yardımı göstərilib

Vəkillər Kollegiyasının sədri Anar Bağırov

© APA | Vəkillər Kollegiyasının sədri Anar Bağırov

# 28 dekabr 2021 10:36 (UTC +04:00)

“2021-ci ildə 30 minə yaxın məhkəmə qərarı ilə bağlı dövlət hesabına hüquqi yardım göstərilib”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Kollegiya sədri bildirib ki, 30 min Azərbaycan vətəndaşına dövlət hesabına hüquqi yardım göstərən Azərbaycan vəkilləri üzərilərinə düşən hüquq və vəzifələri layiqincə yerinə yetiriblər: “Eyni zamanda vətəndaşlara pulsuz hüquqi yardımlar göstərilib. Şəhid ailələrinə, qazilərə, imkansız və aztəminatlı ailələrə təmamilə ödənişsiz yardımlar olunub. Ölkəmizdə hazırda 110-a yaxın vəkil bürosu fəaliyyət göstərir. Ölkə üzrə hər yerdə vəkil qurumlarımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR