Bu il 38 mindən çox şəxsə əlillik təyin edilib

Bu il 38 mindən çox şəxsə əlillik təyin edilib
# 12 avqust 2022 16:31 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul ayları ərzində 38 min 900 şəxsə əlillik təyin edilib.

Nazirlikdən APA-ya bildirilib ki, onlardan 12 min 200-ü ilkin, 26 min 700 nəfəri isə təkrar əlillik təyinatı aparılanlardır.

Həmçinin müvafiq dövr ərzində 23 min 900 şəxsə reabilitasiya xidməti göstərilib, 8 min 79 şəxsə 35 min 400 reabilitasiya vasitəsi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR