Bu il 4 ayında 332 min manata yaxın əmək haqqı gecikdirilib

Bu il 4 ayında 332 min manata yaxın əmək haqqı gecikdirilib
# 19 may 2022 16:45 (UTC +04:00)

2022-ci ilin yanvar-aprel ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən işçilərə 332 min manata yaxın əmək haqqı, müavinət və kompensassiya ödənişlərinin gecikdirildiyini müəyyən edib.

Xidmətdən APA-ya verilən xəbərə görə, müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR