Bu il 7000-ə yaxın şəxsə əlillik təyin edilib

Bu il 7000-ə yaxın şəxsə əlillik təyin edilib
# 20 aprel 2022 12:00 (UTC +04:00)

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübü ərzində 6955 şəxsə əlillik təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, onlardan 3037-nə ilkin, 3918-nə təkrar əlillik təyinatı aparılıb.

Qeyd edilən dövrdə əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çoxdur. Təyinatlar tibb müəssisələri tərəfindən “Əlillik” altsisteminə daxil edilən göndərişlər əsasında, obyektiv və şəffaf şəkildə, göndərişlərdəki diaqnozların əlillik dərəcəsi təyin edilməsinə əsas yaratması nəzərə alınmaqla həyata keçirilib.

Əillik təyin edilmiş hər bir şəxsə əlilliyə görə sosial ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR