Bu il Azərbaycana gətiriləcək vaksinlərin sayı açıqlanıb

Bu il Azərbaycana gətiriləcək vaksinlərin sayı açıqlanıb
# 11 yanvar 2022 18:37 (UTC +04:00)

Təsdiq olunmuş müqaviləyə əsasən, 2022-ci ildə Azərbaycana gətiriləcək vaksinlərin sayı açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il ölkəyə ümumilikdə 3 280 000 doza vaksinin gətirilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, müqavilələrə əsasən, ölkəyə 3 200 000 doza “CoronaVac”, 80 000 doza “Sputnik V” vaksininin gətirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR