Bu il Azərbaycanda 1 ton 650 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Bu il Azərbaycanda 1 ton 650 kq narkotik vasitə dövriyyədən çıxarılıb
# 17 iyul 2019 17:29 (UTC +04:00)

2019-cu ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2553 fakt aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, onlardan 707-si satış, 1675-i saxlama, 141-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil edib.

Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 650 kq 749,322 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 25 min 701 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Bundan əlavə, 330 kq 374,986 qr prekursorlar, 12 kq 714 qr güclü təsir edən zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR