Bu il əcnəbilər üçün nəzərdə tutulan iş kvotası açıqlanıb

Vüsal Hüseynov

© APA | Vüsal Hüseynov

# 18 yanvar 2022 11:27 (UTC +04:00)

2022-ci ildə əcnəbilər üçün nəzərdə tutulan iş kvotası açıqlanıb.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il əcnəbilər üçün müəyyən edilən iş kvotası 8740-dır. Bu, komissiya tərəfindən hazırlanır, daha sonra Nazirlər Kabineti bunu təsdiq edir.

V. Hüseynov qeyd edib ki, ötən il 7575 nəfərə əcnəbiyə iş icazəsi verilib: "Əcnəbilər üçün iş icazələrində 43,2 faiz artım olub. Torpaqlar işğaldan azad ediləndən sonra o yerlərdə böyük infrastruktur layihələri həyata keçirilir. Bu səbəbdən şirkətlər tərəfindən əcnəbilər üçün iş icazəsi alınıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR