Bu il ETSN tərəfindən Baş Prokurorluğa 26 iş təqdim olunub

Bu il ETSN tərəfindən Baş Prokurorluğa 26 iş təqdim olunub
# 29 dekabr 2021 12:46 (UTC +04:00)

"Bu il Ekologiya və Təbii Xidmətlər Nazirliyinə ümumilikdə 2437 şikayət xarakterli müraciət daxil olub".

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov mətbuat konfransında deyib.

Nazir müavini bildirib ki, araşdırmalar nəticəsində 2488 akt tərtib olunub, onlardan 65-i inzibati xətalar haqqında protokol olub: "124 iş cinayət tərkibi yaratdığı üçün hüquq-mühafizə orqanlarına, 26 iş daha böyük olduğu üçün Baş Prokurorluğa təqdim olunub".

V. Kərimov qeyd edib ki, son illərdə 170 nəfər meşə mühafizə işçisi vəzifəsindən azad olunub: "155 nəfər haqqında iş görülməsi üçün məsələ qaldırılıb. 91 nəfərə xəbərdarlıq və ya töhmət verilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR