Bu il "Hirkan" meşələrinin UNESCO-nun irs siyahına salınması gözlənilir

Bu il "Hirkan" meşələrinin UNESCO-nun irs siyahına salınması gözlənilir
# 13 yanvar 2023 10:47 (UTC +04:00)

2023-cü ildə "Hirkan" meşələrinin UNESCO-nun irs siyahısına salınması istiqamətində müsbət nəticə əldə olunması gözlənilir.

APA xəbər verir ki, bunu ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bununla bağlı son yekun sənədlər təqdim edilib və qarşı tərəfdən hər hansı etiraz bildirilməyib:

"Eyni zamanda palçıq vulkanları və Zaqatala qoruğu ilə bağlı beynəlxalq layihələr davam edir. Zaqatala biosfer rezervartının vətəndaşlar üçün daha əlçatan olması nəzərdə tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR