Bu il işçilərə 447 min manatdan çox ödənişin verilməsi gecikdirilib

Bu il işçilərə 447 min manatdan çox ödənişin verilməsi gecikdirilib
# 10 avqust 2022 10:45 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 7 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 447 min manatdan çox sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Xidmətdən APA-ya verilən xəbərə görə, Xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib. Ödənilən vəsaitin 96,7 faizi əməkhaqqı, qalan hissəsi sosial müavinətlər və kompensasiyadan ibarət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR