Bu il məişət zorakılığı ilə əlaqədar 55 icra sənədi olub

Bu il məişət zorakılığı ilə əlaqədar 55 icra sənədi olub
# 22 iyul 2022 20:18 (UTC +04:00)

2022-ci ilin birinci yarımili ərzində icra və probasiya qurumlarının icraatında məişət zorakılığı ilə əlaqədar 55 icra sənədi olub.

Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlardan 3-ü uzunmüddətli, 52-si isə qısamüddətli mühafizə orderləridir. Həmin icra sənədlərindən 37-sinin icrası təmin olunub, 1-i “İcra haqqında” qanunun 7-ci maddəsinin tələblərinə cavab vermədiyindən qaytarılıb, növbəti hesabat dövrünə 17 icra sənədi qalıq keçib.

2021-ci il ərzində isə icra və probasiya qurumlarının icraatında məişət zorakılığı ilə əlaqədar 101 icra sənədi olub. Onlardan 4-ü uzunmüddətli, 97-si isə qısamüddətli mühafizə orderləridir. Həmin icra sənədlərindən 85-nin icrası təmin olunub, 6-sı “İcra haqqında” qanunun 7-ci maddəsinin tələblərinə cavab vermədiyindən qaytarılmış, 2-si “İcra haqqında” qanunun 23-cü maddəsinin tələblərinə əsasən qaytarılıb, 4-ü aidiyyəti üzrə göndərilib, 1 qısamüddətli mühafizə orderinin tələblərini yerinə yetirməyən borclu inzibati qaydada həbs olunub, növbəti hesabat dövrünə 4 icra sənədi qalıq keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR