Bu il milli parklara daha çox turist cəlb etmək üçün işlərə başlanılıb

Bu il milli parklara daha çox turist cəlb etmək üçün işlərə başlanılıb
# 13 yanvar 2023 10:57 (UTC +04:00)

Milli parklara səfər edənlərin sayında 2021-ci illə müqayisədə artan tendensiya ilə müşahidə edilir. Ötən il 276 mindən çox turist milli parklara səfər edib.
APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, saylarında milli parklarda yeni infrastrukturların və yeni marşuritların yaranması ilə bağlıdır:

"Ən çox turist Göygöl, Abşeron, Şahdağ və Hirkan milli parklarına gedib. Bu o demək deyil ki, digər parklara az turist gəlir. Məsələn, Ağgöl milli parkına əsasən su bataqlıq quşlarını görməyə və mart ayında laləliyi görmək üçün gedirlər.

2023-cü ildə hədəflərimiz daha böyükdür və daha çox turisti cəlb etmək üçün işlərə başlanılıb. Məsələn, Altıağac milli parkında xizəklə sürüşmək üçün şərait yaradılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR