Bu il milli parklara səfər edənlərin sayı açıqlanıb

Bu il milli parklara səfər edənlərin sayı açıqlanıb
# 30 dekabr 2022 10:50 (UTC +04:00)

“Bu il ərzində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şahdağ və Abşeron milli parklarıdır”.

APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, milli parklarımıza il ərzində ümumilikdə 276 703 nəfər turist səfər edib:

“Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub”.

Xidmət rəisinin sözlərinə görə, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu il də şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR