Bu il nəzərdə tutulan 129 layihənin smeta sənədləri hazırlanmayıb

Bu il nəzərdə tutulan 129 layihənin smeta sənədləri hazırlanmayıb
# 12 avqust 2022 18:39 (UTC +04:00)

Dövlət əsaslı vəsait qoyuluşunun 6 ayda icra səviyyəsi dövlət büdcəsinin xərclərinin ümumi icra səviyyəsindən geri qalıb.
APA xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatda əksini tapıb.
Qeyd edilib ki, 2022-ci ildə nəzərdə tutulmuş bəzi layihələri üzrə ödənişə başlanılmayıb.
2022-ci ilin ilk yarımilində dövlət əsaslı vəsait qoyuluşu üzrə illik proqnozun (2789,8 mln. manat) (yenidən baxılma zamanı artırılmış məbləğ nəzərə alınmadan) 1029,6 mln. manatı (36,9%) istifadə olunub.
İlkin təsdiq edilmiş dövlət əsaslı vəsait qoyuluşu xərcləri 339 layihə üzrə nəzərdə tutulub, 30 layihə üzrə nəzərdə tutulmuş xərclərə qarşı tam həcmdə vəsait ayrılıb və ödənilib. 25 sifarişçi təşkilat üzrə 502,3 mln. manat məbləğində 129 layihənin, eyni zamanda texniki-iqtisadi əsaslandırmaların, layihə-smeta sənədlərinin hazırlanması, məsləhətçi şirkətlərin, investisiya layihələrinin qiymətləndirilməsi və monitorinqi üçün ekspertlərin cəlb edilməsi ilə bağlı xərclərin maliyyələşməsinə başlanılmayıb.

Dövlət əsaslı vəsait qoyuluşu, mln. manatla

Dövr üzrə proqnoz

Dövr üzrə icra

Xarici kreditlər

üzrə icra

1046,4

1029,6

118,5

Tam

Xarici

Layihə sayı

ödənilmiş

kreditlərin

layihə sayı

payı

339

30

20%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR