Bu il reabilitasiya xidməti göstərilən şəxslərin sayı açıqlanıb

Bu il reabilitasiya xidməti göstərilən şəxslərin sayı açıqlanıb
# 11 iyun 2022 09:37 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib.

APA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib.

Həmin şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar.

Bu dövrdə Agentlik tərəfindən əlilliyi olan 5411 şəxsə 24 minə yaxın reabilitasiya vasitəsi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR