Bu ildən AMEA-nın institutlarına magistratura üzrə qəbul aparılmayacaq

Bu ildən AMEA-nın institutlarına magistratura üzrə qəbul aparılmayacaq
# 09 iyun 2023 12:43 (UTC +04:00)

Bu ildən başlayaraq AMEA-nın institutlarına magistratura üzrə qəbul aparılmayacaq.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, elmi təşkilat və elmi institutların magistraturalarına qəbulun aparılmaması plan yerlərinin azalmasına gətirib çıxarmayacaq:

“Ali məktəblərin magistraturalarına qəbul olan tələbələr bu elmi təşkilat və institutlarda tədqiqatlar aparacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR