Bu ilin 10 ayında 374 müharibə iştirakçısına yüksək texnologiyalı protez verilib

Bu ilin 10 ayında  374 müharibə iştirakçısına yüksək texnologiyalı protez verilib
# 02 dekabr 2022 11:41 (UTC +04:00)

Bu ilin 10 ayı ərzində I və II Qarabağ müharibəsi iştirakçısı olan 374 nəfərə 389 yüksək texnologiyalı protez verilib.

APA xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov "Sosial saat"da deyib.

O bildirib ki, 1748 nəfər isə 28 mindən artıq müxtəlif reabilitasiya vasitələri ilə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR