Bu ilin 10 ayında 52 min nəfərə əlillik təyin edilib

Bu ilin 10 ayında 52 min nəfərə əlillik təyin edilib
# 02 dekabr 2022 11:36 (UTC +04:00)

Bu ilin 10 ayı ərzində 52 min nəfərə əlillik təyin edilib.

APA xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov "Sosial saat"da deyib.

O bildirib ki, bunun 16700-ü ilkin əlillik, qalanı isə təkrar müraciət nəticəsində aparılan əlilliklərdir:

"Əlillik üçün müraciət edənlər arasında onkoloji xəstəliklərdən əziyyət çəkənlər üstünlük təşkil edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR