Bu ilin 441 min manatdan çox əmək haqqı və müavinət gecikdirilib

Bu ilin 441 min manatdan çox əmək haqqı və müavinət gecikdirilib
# 19 iyul 2022 14:37 (UTC +04:00)

2022-ci ilin yanvar-iyul ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən işçilərə 441 min manatdan çox əmək haqqı, müavinət və kompensasiya ödənişlərinin gecikdirildiyini müəyyən edib.

Bu barədə APA-ya Dövlət Əmək Müfəttişliyi Xidmətindən xəbər verilib.

Bildirilib ki, müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR