Bu ilin 576 min manatdan çox ödəniş gecikdirilib

Bu ilin 576 min manatdan çox ödəniş gecikdirilib
# 11 noyabr 2022 14:45 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 10 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 576 min manatdan çox sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Bu barədə APA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, Xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib.

Ödənilən vəsaitin 94,8 faizi əməkhaqqı, qalan hissəsi isə zərərə görə ödənc, sosial müavinətlər və kompensasiyadan ibarət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR