Bu ilin 8 ayında DSMF-nin xərcləri artıb

Bu ilin 8 ayında DSMF-nin xərcləri artıb
# 15 sentyabr 2022 10:21 (UTC +04:00)

Bu ilin 8 ayında DSMF-nin xərcləri 6,2 faiz və ya 202 mln. manat çox olub.

Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirlyindən APA-ya verilən xəbərə görə, xərclər 2,8 faiz və ya 81 mln. manat artıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 7,6 faiz və ya 267 mln. manat çox olmaqla 3 mlrd. 780 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-avqust aylarında proqnoza nisbətən 2,8 faiz və ya 81 mln. manat artaraq 2 mlrd. 948 mln. manat olub.

DSMF-nin son 8 ayda xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz və ya 202 mln. manat artaraq 3 mlrd. 467 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR