Bu ilin 9 ayında 117 üçəm, 8 dördəm doğulub

Bu ilin 9 ayında 117 üçəm, 8 dördəm doğulub
# 16 noyabr 2022 12:57 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 93 612 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1-dən 12,4-ə qədər artıb.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olub.

Körpələrdən 2630-u əkiz, 117-si üçəm, 8-i isə dördəm doğulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR