Bu yaz 730 mindən çox  ağac əkilib

Bu yaz 730 mindən çox  ağac əkilib
# 23 may 2022 16:27 (UTC +04:00)

2022-ci ilin yaz əkin mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə fondu ərazilərində ümumilikdə 730 000-dən çox müxtəlif cinsli ağac əkilib, 6400 kiloqram toxum səpilib.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib. O, qeyd edib ki, eyni zamanda vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara Nazirliyin tinglik sahələrində yetişdirilən 60 mindən çox müxtəlif cinsli ağac tingi paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR