Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı açıqlanıb

Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı açıqlanıb
# 03 fevral 2023 16:39 (UTC +04:00)

Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı açıqlanıb.

DİM-dən APA-ya verilən xəbərə görə, 2022/2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında tam (XI sinif) orta təhsil səviyyəsi üzrə 99 nəfər, ümumi (IX sinif) orta təhsil səviyyəsi üzrə 584 nəfər şagird Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilib.

Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR