Çavuşoğlu: ‘Ermənilər Türkiyə ilə münasibətlərin normallaşmasından çox razıdırlar’

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 20 yanvar 2022 13:44 (UTC +04:00)

“İlk görüşdə prosesin başlamasında məqsədləri və bu prosesdən gözləntiləri müzakirə olundu.

APA-nın yerli bürosu xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqları şərh edərkən deyib.

O qeyd edib ki, xüsusi nümayəndələr növbəti görüşdə uçuşların bərpa olunmasından başqa hansı addımların atıla biləcəyi sualı üzərində işləyəcəklər: “Məqsəd münasibətlərin tam normallaşmasıdır. Ermənilər də bundan çox razıdırlar. Tam normallaşmaya aparan prosesdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin olunmasından başqa hansı addımların atıla biləcəyi öyrəniləcək”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR