“Minalardan təmizlənmiş ərazilərdə 1000 hektara yaxın yerdə meşə zolaqlarının salınması, meşə bərpa işləri planlaşdırılıb”.
APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
O deyib ki, bu ildən həmin işlərə başlanılıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə qeyd edib ki, Cəbrayılda 2022-2026-cı illərdə 30 min hektara yaxın minalardan təmizlənmiş ərazinin meşə fonduna salınması nəzərdə tutulur.
O bildirib ki, işğaldan azad olunmuş 10 hektar ərazidə Türkiyə ilə birgə qardaşlıq meşəsi salınacaq. “Tək Zəngilan, Cəbrayılda deyil, bütövlükdə regionu əhatə edən işlər gündəlikdədir”.