Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb
# 21 yanvar 2022 20:14 (UTC +04:00)

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri E.Nəbiyev və S.Abbasovdan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin silahlar aidiyyəti üzrə təhvil verilib.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən, həmçinin, rayon sakini Y.Qəribovun mülki silahın daşınması qaydalarını pozduğu müəyyən edilib.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR