Cəlilabadda aptekdə yanğın olub

Cəlilabadda aptekdə yanğın olub
# 22 dekabr 2021 19:57 (UTC +04:00)

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli əczaxananın tavanı 7 m² sahədə və içərisində 1 ədəd kompüter yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Əczaxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR